“Qarabağ” qapıçı axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra dərhal qolkiper transsferi üçün işlərə başlayan Ağdam klubunun səyləri heç bir nəticə vermir.
Son olaraq daha bir klub öz qapıçısını “Qarabağ”a satmaqdan imtina edib. Çempion Kiprin “Apollon” klubunun serbiyalı qolkiperi Aleksandr Yovanoviçi təmsilçimizə buraxmaq istəməyib.
Qeyd edək ki, “köhlən atlar” bundan öncə “Bayer”in rusiyalı qapıçısı Andrey Lunyov, və “Aris”dən braziliyalı qapıçı ilə maraqlansalar da danışıqlar baş tutmamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media