Bu gün voleybol üzrə kişilərin yüksək liqasında bir oyun keçirilib.
Bizim.Media xəbər verir ki, “Dərnəgül” Voleybol Mərkəzində “Neftçi” və “Xarı Bülbül” komandaları qarşılaşıb.
Oyunun əvvəllindən üstünlüyü ələ alan Şuşa təmsilçisi rəqibinə heç bir şans verməyin və hər 3 setdə qalib gəlib 0:3 (21:25, 23:25, 20:25).
Bu, “Xarı Bülbül”ün cari mövsümdə ikinci qələbəsi olub. Hazırda 6 xalı olan komanda turnir cədvəlində 2-ci yerdədir. Turnir cədvəlinin zirvəsində isə 3 oyundan sonra maksimum nəticə göstərən “Murov” klubu qərarlaşıb.




Rəşad Rafiqoğlu, Bizim.Media