Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb. Teymur Rəcəbov 2747 xalla 11-cidir.
Onun mövqeyi dəyişməyib. Şəhriyar Məmmədyarov isə əvvəlki sıralamaya nəzərən bir sıra geriləyib. O, 2740 xalla 15-cidir.
Cədvələ 2852 xalla Maqnus Karlsen (Norveç) liderlik edir.
Bizim.Media