Mart ayında AFFA-nın növbəti konfransı nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, konfransdan sonra ənənəvi olaraq AFFA İcraiyyə Komitəsinin iclası da keçiriləcək. İcraiyyə Komitəsinin müzakirə edəcəyi əsas məsələlərdən biri birinci divizionun reqlamentini dəyişməklə bağlıdır.
Belə ki, federasiya yarışda mübarizə aparan yüksək liqa klublarının əvəzedici komandalarının divizionda çıxışını dayandırmaq fikrindədir. Növbəti mövsüm artıq əvvəllər olduğu kimi əvəzedici komandaların çempionatı bərpa olunacaq.
Birinci diviziona isə Region Liqasından yeni komandalar cəlb olunacaq.
Əlavə edək ki, komitə həmçinin aşağı yaş qrupları üzrə bir sıra milli komandaların baş məşqçilərini də təsdiq etməlidir. İcraiyyə Komitəsi məhz bir neçə il öncə əvəzedici komandalarının çıxışını dayanrıraraq onların birinci divizionda oynaması barədə qərar qəbul edib.
Rəşad Rafiqoğlu, Bizim.Media