“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda keçiriləcək “Turan Tovuz”la oyuna ciddi itki ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, komandanın braziliyalı yarımmüdafiəçisi Julio Romao sarı vərəqə limitini doldurduğuna görə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” matçı saat 16-00-da başlayacaq. Oyun “Azərsun arena”da keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media