"Valensiya" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. Tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
"Valensiya" La Liqanın turnir cədvəlində 20 xalla 16-cı yerdədir.
Qeyd edək ki, Qattuzo ötən ilin iyunundan İspaniya klubunu çalışdırırdı.
Bizim.Media