Misirin paytaxtı Qahirədə karate üzrə Premyer Liqa yarışı başa çatıb.
Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə ölkəmizin beş karateçisi bürünc medal uğrunda görüşlərə çıxıb.
Nəticədə Mədinə Sadıxova (55 kq), Tural Ağalarzadə (67 kq), Nirina Zaretska (68 kq), Fərid Ağayev (75 kq) və Turqut Həsənov (84 kq) öz görüşlərini qələbə ilə başa vuraraq bürünc medal qazanıblar.
Əminağa Qurbanlı, Ayxan Mamayev isə yarışı medalsız başa vurublar.
Rəşad Rafiqoğlu, Bizim.Media