Serbiyalı məşhur tennisçi Novak Cokoviç kişilər arasında keçirilən “Australian Open-2023” turnirinin qalibi olub.
Bizim.Media xəbər verir ki, yanvarın 16-29-da Melburnda keçirilən mövsümün ilk “Böyük dəbilqə” turnirinin finalında Novak Cokoviç yunan Stefanos Tsitsipası 3:0 hesabı ilə məğlub edib.
Beləliklə də 35 yaşlı serbiyalı bu turnirdə 10-cu çempionluğunu yaşayıb. N.Cokoviç bu qalibiyyətlə kişilərin təkbətək yarışında dünyanın bir nömrəsi olub.
Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabından N.Cokoviçi qələbə münasibətilə təbrik edib.
Bizim.Media