Futbol üzrə Azərbaycan milli komandasının forvardı Mahir Emreli "Dinamo"dan ayrıla bilər.
Bizim.Media xəbər verir ki, hücumçu Zaqreb klubundakı durumundan narazı olduğu üçün Xorvatiyadan ayrılmaqda israrlıdır.
Bildirilir ki, Emrelinin xidmətində İtaliya klubu maraqlıdır. Forvard elə bu qış A seriyasının təmsilçisi ilə müqavilə imzalaya bilər. Amma hər şey "Dinamo"nun verəcəyi qərardan asılı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media