27-29 yanvar tarixində Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə milli komandamız ilk medalını qazanıb.
Bizim.Media xəbər verir ki, 81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, idmançımız 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
