Ankarada təlim-məşq toplanışında olan U-16 qızlardan ibarət yığma komandamız növbəti hazırlıq oyununu keçirib.
Bizim.Media xəbər verir ki, "Ted Ankara Kolejiler" qız klubu ilə qarşılaşan millimiz gərgin mübarizənin sonunda parketdən 58-56 hesablı məğlubiyyət ilə ayrılıb.
Qeyd edək ki, qızlarımız təlim-məşq toplanışı çərçivəsində daha bir neçə yoxlama oyununda öz qüvvəsini sınayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media