Portuqaliyada keçirilən cüdo üzrə qran-pri turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışın 2-ci günü tatami ustalarımızdan Elcan Hacıyev finala vəsiqə qazanıb.
81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Özbəkistan, Bolqarıstan, Gürcüstan və Moldova nümayəndələrini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib.
Onun final görüşündəki rəqibi cənubi koreyalı Yun Von Li olacaq.
Qeyd edək ki, yarışın birinci günündə komandamız medal qazana bilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media