Yanvarın 28-də Sərhədçi İdman Mərkəzində, "AAAF Xırdalan BK və "Neftçi İK" komandaları arasında turun bağlanış oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, əlavə vaxta gedən oyunun sonunda "AAAF Xırdalan BK" basketbolçuları rəqibi üzərində 104-102 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Devin Pullum - 35 xal, 5 asist ), "Neftçi İK" (Davit Lomidze - 24 xal, 4 ribaund ).
Qeyd edək ki, "Gəncə BK" - "Olimpik Şəki BK" komandaları arasındakı oyun texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.
Rəşad Rafiqoğlu, Bizim.Media