“Zirə” daha bir futbolçunu heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Donald Gerye ilə anlaşıb. Haitili müdafiəçi ilə yarım mövsüm +1 illik müqavilə imzalanılıb.
Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib.
Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media