Dortmund "Borussiya"sı heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bundesliqa təmsilçisi "Anderlext"dən Julen Dyuranvilli transfer edib. 16 yaşlı hücumçu ilə uzunmüdətli müqavilə imzalanıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Julen "Anderlext"in yetirməsidir.
Bizim.Media