Amerikalı iş adamı Malkolm Qleyzer “Mançester Yunayted”i satmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
Britaniyalı iş adamı, milyarder Cim Retkliff "qırmızı şeytanlar”ı almağa yaxındır. O, klub rəhbərliyi ilə danışıqlara başlayıb.
Qeyd olunur ki, Cim klubun səhmləri üçün 4 milyard sterlinq təklif edib. Tərəflərin yaxında alış-satış işlərini yekunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted”ə 2005-ci ildən Malkolm Qleyzer rəhbərlik edir.
Bizim.Media