“Zirə” PFK Nemanya Andelkoviçlə yollarını ayırıb.
Bizim Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
“Zirə” Nemanya Andelkoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media