Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Bizim.Media xəbər verir ki, Zaqreb klubu 18-ci turda "Qoritsa"nı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. M.Emreli sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb.
O, 62-ci dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.
Qeyd edək ki, "Dİnamo" 17 oyuna 42 xalla liderdir. "Qoritsa" isə 18 oyuna 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media