“Neftçi” heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bu yaxınlarda fransalı yarımmüdafiəçi ilə müqavilə bağlayan komanda daha bir futbolçu ilə güclənə bilər.
Belə ki, menecerlər kluba kolumbiyalı yarımmüdafiəçini məsləhət görüblər. Orlando Berrio hazırda doğma ölkəsinin “Agilas Dorados Rioneqro” klubunda çıxış edir.
Kolumbiya millisində 6 oyun keçirən futbolçu Braziliyanın “Flamenqo” və “Ameriko Mineyro” klublarının da şərəfini qoruyub. Danışıqlar müsbət yekunlaşarsa, Orlando Berio “Neftçi”nin qış fasiləsində növbəti transferi olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media