FİDE ustası yüksək vəzifəyə təyin edilib.Bununla bağlı Elm və Təhsil nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinə yeni direktor təyin edilib.
Belə ki, qızlar arasında şahmat üzrə Dünya və Avropa çempionu olmuş, FİDE ustası Pərvanə İsmayılova bu məsuliyyətli vəzifəyə təyin olunub.
Xatırladaq ki, ötən əsrin 80-90-cı illərində Qaxda bu idman növü xüsusən qadınlar arasında yüksək inkişaf edib.
Pərvanə İsmayılovadan əvvəl qaxlı Aynur Sofiyeva ölkəmizdə ilk beynəlxalq dərəcəli qadın idmançı kimi bir sıra ölkə və dünya miqyasında yarışlarda ölkəmizi layiqincə təmsil edib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
