Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, yanvarın 21-də Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "AAAF Xırdalan BK" komandaları üz-üzə gəliblər.
Oyuna inamlı başlayan "AAAF Xırdalan BK" basketbolçuları yekunda rəqibi üzərində 100-76 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Cerret Henderson - 16 xal, 2 ribaund), "AAAF Xırdalan BK" (Devin Pullum - 34 xal, 9 asist) seçilib. Qeyd edək ki, turun son oyunları ("Sərhədçi PİK - "Gəncə BK", "NTD BK" - "Neftçi İK") yanvar 22-də keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
