Rumıniyanın “Botoşani” klubu “Neftçi”nin qapıçısını transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, söhbət Rəşad Əzizlidən gedir.
Hazırda qapıçı icarə əsasında “Şamaxı”da çıxış edir. Rumıniya klubunun menecerləri Əzizlini məhz Antalyada “Şamaxı”nın oyununda bəyəniblər.
Ancaq bu transfer yayda reallaşacaq. Çünki qolkiperin “Neftçi” ilə müqaviləsi məhz həmin vaxt başa çatacaq və bundan sonra o, azad agent kimi “Botoşani”yə keçə biləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media