İtaliya futbolunda növbəti qalmaqal yaşanır.
Bizim.Media “Sky Sport”a istinadən xəxəbr verir ki, “Yuventus” klubunun 15 xalı silinib.
Bunun səbəbi komandanın maliyyə fırıldağında günahlandırılmasıdır.
Məhkəmə büdcənin həddən artıq şişirdilməsinə və maliyyə mənbələri haqqında düzgün informasiyalar vermədiyinə görə Turin klubunun 15 xalının silinməsinə qərar verib.
Beləliklə, xalların silinməsindən sonra “Yuventus” turnir cədvəlində 3-cü pillədən 9-cu yerə düşüb.
Rəşad Rafiqoğlu, Bizim.Media
