Barselona məhkəməsi "Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmadan həbs olunmasına qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə "El diario de Sevilla" məlumat yayıb.
Məlumata görə, futbolçu müvəqqəti həbs cəzasına məhkum edilib. Məhkəmə oyunçunu 23 yaşlı qıza qarşı zorakılıq hərəkətlərində təqsirli bilib.
Dani Alveş cinsi təcavüz ittihamı ilə İspaniya polisi tərəfindən Barselonada saxlanılmışdı. Futbolçu polis maşını ilə məhkəməyə aparılmışdı.
Qeyd edək ki, bir qadın 39 yaşlı futbolçunu Barselondakı gecə klublarının birində ona cinsi təcavüz etməkdə ittiham edib.
Bizim.Media