Macarıstan çempionu “Ferentsvaroş”un “Qarabağ”ın hücumçusu Ovusu Kvabenanı heyətinə qatmaq istəməsi ilə bağlı xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, hətta qanalı hücumçunun artıq Budapeşt təmsilçisi ilə razılığa gələrək mövsümün sonunda azad agent kimi həmin kluba keçəcəyi bildirilir.
Amma “Qarabağ” Ovusunu qış fasiləsində də “Ferentsvaroş”a verə bilərmiş. Ağdam təmsilçisi onu “Ferentsvaroş”un braziliyalı hücumçusu Markinyoşla dəyişmək istəyib. Qarşı tərəf isə buna razılaşmayıb.
Budapeşt təmsilçisi braziliyalı forvardın satılmaması barədə Azərbaycan çempionunu məlumatlandırıb.
Qeyd edək ki, «Atletiko Mineyro»nun yetirməsi olan Markinyoş 2016-2022-ci ilədək bu kluba məxsus olub. Braziliya təmsilçisi onu öncə «Çapaçense»yə, ardınca «Botev»ə (Bolqarıstan) icarəyə verib. 23 yavşlı cənubi amerikalı hücumçu 2022-ci ildən Budapeşt təmsilçisinin şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media