Futbolçu axtarışlarını davam etdirən “Səbail” niderlandlı legioneri heyətinə cəlb edə bilər.
Bizim.Media xəbər verir ki, söhbət “zambaqlar ölkəsi”nin “Roda” klubunda çıxış edən Ted van de Pavertdən gedir. Hazırda futbolçu ilə danışıqlar davam edir.
Bayıl təmsilçisi futbolçunun keçidini qış transfer pəncərəsinin sonuna qədər həll etməyi düşünür.
Qeyd edək ki, Van de Pavart “De Qraşap”, “Zvolle” və NEK klublarında da oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media