"Yuventus"un yeni prezidenti müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
A seriyası klubunun yeni prezidenti 60 yaşlı Canluka Ferrero olub. Maurisio Skanavio isə baş icraçı direktor təyin edilib.
"Yuventus"un səhmlərinin 63,8 faizinə malik "Exor" şirkətinin namizədləri arasından direktorlar şurasına bu şəxslər təyin olunublar: Canluka Ferrero, Vittoria Neqri, Maurisio Skanavio, Dieqo Piston, Laura Kapiello.
Qeyd edək ki, "Yuventus"un son prezidenti Andrea Anyelli olub. O, ötən ilin noyabrında vəzifəsindən istefa verib.
Bizim.Media