"Kəpəz" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.
Bizim.Media xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kaysar”ı ilə qarşılaşıb.
Gəncə təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. Doqquzuncu dəqiqədə Ahmed Ayzaya penaltidən hesabı açıb, 48-ci dəqiqədə isə Mate Kvirkviya 11 metrlik zərbəni dəqiq yerinə yetirib.
Əllinci dəqiqədə isə Ayzaya dublunu rəsmiləşdirib.

Rəşad Rafiqoğlu, Bizim.Media