“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Bizim.Media xəbər verir ki, Qərb təmsilçisi albaniyalı hücumçu Belaydi Pusi ilə razılıq əldə edib.
Yaxın günlərdə legionerlə rəsmi müqavilə imzalanacaq. Pusinin sonuncu klubu “Şkenderbu” olub.
Ayxan Abbasov baxışa dəvət olunan kamerunlu futbolçu Erik Ayokanı isə bəyənməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media