"Şamaxı" futbol komandası Antalyadakı hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü keçirəcək.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Serbiyanın "Napredak" klubu ilə qarşılaşacaq. Matça Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
"Şamaxı" daha öncə Qazaxıstanın "Kaysar" klubu ilə 0:0 bərabərə qalmışdı. "Botaşani" (0:1) ilə görüş isə 67-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media