Azərbaycan çempionatında 5-ci tur başa çatdı: Doqquz qələbə və bir heç-heçə - FOTO 

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 5-ci turun görüşləri başa çatıb.  

Bizim.Media xəbər verir ki, çempionatın lideri Vasif Durarbəyli ardıcıl beşinci qələbəsini qazanıb.  

Şahmatçı ağ fiqurlarla Şiroğlan Talıbovu məğlub etməklə uğurlu seriyanı davam etdirib.  

İddialı Eltac Səfərli 5-ci turda məğlubiyyət acısı yaşayıb. E.Səfərli qara fiqurlarla Məhəmməd Muradlıya uduzub. Vüqar Əsədli ağ fiqurlarla İsmayıl Şahəliyevi, Aydın Süleymanlı isə Abdulla Qədimbəylini təslim olmağa məcbur edib.  

Reytinq favoriti Nicat Abasov ağ fiqurlarla oynayan Elvin Bayramovdan güclü olub. Murad İbrahimli-Ülvi Sadıqov duelində birinci qələbə qazanıb. Xəzər Babazadə isə Vüqar Manafovu xalsız qoyub. 

Digər oyunlarda Şahin Vəliyev Fariz Əhmədovla bacarmayaraq məğlubiyyət acısı yaşayıb. Xaqan Əhməd bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib. 12 yaşlı şahmatçı İsmayıl Qurbanova məğlub olub.  

5 turdan sonra maksimum xal toplayan Vasif Durarbəyli liderliyini davam etdirir. Hərəyə 3,5 xal toplayan Aydın Süleymanlı, Vüqar Əsədli, Məhəmməd Muradlı 2-4-cü pillələri bölüşdürür. Növbəti sıralarda Şiroğlan Talıbov, Nicat Abasov, Xəzər Babazadə və Murad İbrahimli qərarlaşıb. Onların aktivində 3 xal var.  
Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq. 








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saat hesablı əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Saat hesablı əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Azərbaycanda 1 milyon 827 min nəfərin ƏMƏK MÜQAVİLƏSİ VAR

Azərbaycanda 1 milyon 827 min nəfərin ƏMƏK MÜQAVİLƏSİ VAR

Ötən il 89 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

Ötən il 89 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Sabah Bakıda yolları buz bağlayacaq – PROQNOZ

Sabah Bakıda yolları buz bağlayacaq – PROQNOZ

ChatGPT-də yetkinlik yaşına çatmayanlar üçün YENİ SİSTEM

ChatGPT-də yetkinlik yaşına çatmayanlar üçün YENİ SİSTEM

İstehsalatdakı bədbəxt hadisələrlə bağlı DƏHŞƏTLİ STATİSTİKA

İstehsalatdakı bədbəxt hadisələrlə bağlı DƏHŞƏTLİ STATİSTİKA

“Mercedes” buzlu yolda aşdı - 2 nəfər yaralandı - FOTO

“Mercedes” buzlu yolda aşdı - 2 nəfər yaralandı - FOTO

Masazırda içməli su aylardır küçələrə AXIR - Su Ehtiyatları Agentliyi problemi niyə HƏLL etmir? – VİDEO

Masazırda içməli su aylardır küçələrə AXIR - Su Ehtiyatları Agentliyi problemi niyə HƏLL etmir? – VİDEO

Onkoloji xəstələr müvafiq dərman vasitələri ilə TƏMİN OLUNACAQ

Onkoloji xəstələr müvafiq dərman vasitələri ilə TƏMİN OLUNACAQ

Azərbaycanda İLK - Özəl xəstəxanalarda da onkoloji yardım göstəriləcək

Azərbaycanda İLK - Özəl xəstəxanalarda da onkoloji yardım göstəriləcək

Bu şəxslərə dövlət büdcəsi hesabına yardım GÖSTƏRİLƏCƏK

Bu şəxslərə dövlət büdcəsi hesabına yardım GÖSTƏRİLƏCƏK

Onkoloji xəstələrin müalicəsi ilə bağlı YENİLİK

Onkoloji xəstələrin müalicəsi ilə bağlı YENİLİK

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"

19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın ANBAAN VİDEOSU

19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın ANBAAN VİDEOSU

Yaşayış binasındakı təkər satışı anbarı bağlandı – VİDEO

Yaşayış binasındakı təkər satışı anbarı bağlandı – VİDEO

Azərbaycana gətirilən bu uşaq qidasında təhlükəli bakteriya AŞKARLANDI – FOTO

Azərbaycana gətirilən bu uşaq qidasında təhlükəli bakteriya AŞKARLANDI – FOTO

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - VİDEO

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - VİDEO

Bakıda 21 yaşlı gənc VƏFAT ETDİ

Bakıda 21 yaşlı gənc VƏFAT ETDİ

Kəmalə Ağazadə xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Kəmalə Ağazadə xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

40 yaşlı Ronaldo 960-cı qolunu VURDU

40 yaşlı Ronaldo 960-cı qolunu VURDU

Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?

Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?

Yevlaxda dəm qazından zəhərlənənlərin SON DURUMU

Yevlaxda dəm qazından zəhərlənənlərin SON DURUMU

"Azərbaycanda qatlanan cib bıçaqlarının satışı qadağan edilsin!" – Deputatdan TƏKLİF

"Azərbaycanda qatlanan cib bıçaqlarının satışı qadağan edilsin!" – Deputatdan TƏKLİF

End of content

No more pages to load

RADİO