Antalyada təlim-məşq toplanışını başa vuran “Turan Tovuz” bu gün sonuncu yoxlama oyununu keçirib.
Bizim Media xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb.
Oyun 1-0 hesabı ilə Tovuz təmsilçisinin xeyrinə başa çatıb. Yeganə qolu Ayxan Hüseynov vurub.
Qeyd edək ki, “Turan Tovuz” bundan öncə Rumıniyanın “Petrolul” klubuna məğlub olaraq, İsveçrənin “Aaarau” komandasına qalib gəlmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media