"Barselona"nın futbolçusu Robert Levandovski İspaniya Superkubokunun finalında "Real" üzərində qələbədən (3:1) danışıb.
Bizim.Media xəbər verir ki, 34 yaşlı hücumçu komandasının daha çox kubok qazana biləcəyini deyib:
“Bu, böyük bir məqamdır. Oyunumuzla kuboka layiq idik. İndi daha çox kubok qazanmaq üçün birlikdə çalışmalıyıq. Bunun üçün hər şeyimiz var. Matçdan əvvəl Qaviyə dedim ki, bu mövqedə olsun. Mən bilirdim ki, birlikdə yaxşı bir şey edəcəyik”.
Qeyd edək ki, Levandovski sözügedən görüşdə fərqlənib.
Bizim.Media