Braziliya millisinin və "Tottenhem"in futbolçusu Riçarlison yığmanın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 24) turniri tərk etməsindən növbəti dəfə danışıb.
Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bunun ailə üzvünü itirməkdən daha pis olduğunu deyib:
“Bu, şok idi, bilmirəm... Məncə, bu, ailə üzvünü itirməkdən daha pisdir. Bu gün də sosial şəbəkələrdə videolara baxanda kədərlənirəm. Amma biz davam etməliyik. Mən hələ gəncəm və inanıram ki, qarşıda məni daha bir və ya iki dünya çempionatı gözləyir. Məqsədimiz çempion olmaqdır".
Bizim.Media