"Səbail" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Slovakiyanın "Spartak" (Subotiça) klubu ilə qarşılaşıb.
Matç "Səbail"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Səbail" Antalyadakı keçirdiyi digər yoxlama oyunlarında Polşa "Legiya"sı ilə (2:2) və Çexiya təmsilçisi "Bohemians"la (0:0) heç-heçə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media