"Kəpəz" bu gün Antalya toplanışı çərçivəsində ikinci hazırlıq matçını keçirib.
Bizim.Media xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Serbiyanın "Novi Pazar" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Gəncə təmsilçisi Türkiyə toplanışında son matçını Qazaxıstan "Kaysar"ına qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media