Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olub.
Görüş "Teplitse"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin oyundakı yeganə qolunu Ramon Maçado vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media.