İngiltərənin “Lids” klubu yeni transfer edib.
Bizim.Media Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Hoffenhaym” klubundan fransalı hücumçusu Jorjinyo Rutter heyətə cəlb olunub.
Onunla 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. "Lids” bu transfer üçün Almaniya klubuna 28 milyon avro ödəyib.
Qeyd edək ki, Rutter Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında "Hoffenhaym”a keçmişdi. Gənc hücumçu Bundesliqa təmsilçisində keçirdiyi 64 oyunda 11 qol vurub.
Bizim.Media