“Sumqayıt”ın legioneri Riçard Qadze Antalya toplanışına qatıla bilmir.
Bizim.Media xəbər verir ki, şəxsi problemlərinə görə qanalı forvard Türkiyəyə gedə bilməyib və güman ki, gedə də bilməyəcək.
Hətta forvardın məhz bu səbəbdən komandanı tərk edəcəyi gözlənilir. Komandanın digər legioneri portuqaliyalı Filip Şabi isə zədəli olduğuna görə təlim-məşq toplanışını buraxmalı olub.
Qeyd edək ki, Qadze mövsümün gedişində, Şabi isə çempionatın əvvəlində komandaya transfer olunmuşdu.
Bizim.Media