Mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirən “Qəbələ” bu gün sonuncu sınaq matçına çıxacaq.
Bizim Media xəbər verir ki, “qırmızı-qaralar” Çexiyanın "Teplitse" kollektivi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası əvvəlki sınaq görüşlərində Rumıniyanın "Sepsi" kollektivi ilə heç-heçə (2:2) edib, Almaniya "Lukenvalde"sini 3:2 hesabı ilə məğlub edib.
Rəşad Rafiqoğlu, Bizim.Media