Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın cinah müdafiəçisi Abbas Hüseynov sıradan çıxıb. Sağ qanad oyunçusu məşq zamanı xoşagəlməz zədə alıb.
İlkin müayinədən arxa xaçvari diz bağları qopan Hüseynovun 8 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, futbolçu artıq bu mövsüm meydana çıxa bilməyəcək.
Yarımmüdafiəçi həmçinin “Qarabağ”ın Konfrans Liqasında Belçikanın “Gent” klubuna qarşı hər iki oyunu da buraxmalı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media