PSJ-nin futbolçusu Kilian Mbappe klub karyerasında 300-cü oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, 24 yaşlı forvard Liqa 1-in 19-cu turunda "Renn"lə hazırda davam edən görüşdə meydana daxil olub. Bu, Mbappenin klub karyerasında 300-cü oyunudur.
Mbappe ümumilikdə bu matçlarda 218 dəfə fərqlənib. Onlardan 27-si “Monako"da, 191-i isə PSJ-də qeydə alınıb.
Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır.
Bizim.Media