İspaniya Superkubokunun qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.
Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub. Qolları Qavi, Levandovski və Pedri vurub. "Real Madrid"dən son dəqiqələrdə Benzema fərqlənib.
Bizim.Media