Bakıda həndbol üzrə kişi komandaların 2026-cı il Avropa çempionatının seçmə mərhələ oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində Azərbaycan millisi Kiprlə qarşılaşacaq.
Matç saat 15:00-da başlayacaq. Qrupun digər görüşündə isə Böyük Britaniya və Malta komandaları qarşılaşacaq. İlk iki turda Azərbaycan Maltanı üstələyib (34:25) Böyük Britaniyaya uduzub (22:39).
Rəşad Rafiqoğlu, Bizim.Media