“Qarabağ”ın ispaniyalı futbolçusu Qaspar Panadero dogma ölkəsində özünə klub tapa bilmir.
Bizim.Media xəbər verir ki, bir ara yarımmüdafiəçi “Luqo” klubu ilə danışıq aparsa da, ortaq məxrəcə gələ bilməyib. Bundan başqa Sequndada çıxış edən digər komandalarla da danışıqlar alınmayıb.
Hazırda futbolçu “Qarabağ”ın əvəzedici heyəti ilə məşq edir.
Qeyd edək ki, Panadero “Qarabağ”a 2021-ci ildə “Kadiz” klubundan keçən futbolçunun Ağdam təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media