Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, komandamız Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 39:22. Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Maltanı 34:25 hesabı ilə məğlub edib, Böyük Britaniya isə Kiprlə heç-heçəyə razılaşıb - 25:25. Yığmamız qrupda son oyununu Kipr seçməsinə qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media