"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomisi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayı. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, David Qomis son olaraq Fransanın "Pau" klubunda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
