Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. Bu komanda Şimal-Şərq regionalliqasında çıxış edir.
Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən
“Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media