Qış fasiləsində "Neftçi" ilə yollarını ayıran seneqallı futbolçu Mamadu Mbodj "ağ-qaralar"la vidalaşıb.
Bizim.Media xəbər verir ki, 29 yaşlı müdafiəçi bununla bağlı "İnstaqram" səhifəsində video paylaşıb.
"Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm" – deyə afrikalı futbolçu yazıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunan Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.
Bizim.Media