Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro vəzifəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyası məlumat yayıb. 60 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2020-ci ildən Ekvador yığmasını çalışdıran argentinalı məşqçinin komandası DÇ-2022-nin qrup mərhələsində 4 xal toplasa da, növbəti raunda yüksələ bilməyib.
Bizim.Media